Paytaxtda 450 avtobus vahid kart sisteminə qoşulubbackend

Paytaxtda 450 avtobus vahid kart sisteminə qoşulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli jurnalsitlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı şəhərində 450 ədəd avtobusun nağdsız ödəniş-vahid kart sisteminə qoşulması təmin edilib.
V.Kərimli deyib ki, sərnişin avtobuslarına “GPS” izləmə cihazları quraşdırılacaq: \”1551 ədəd avtobusda quraşdırılan “GPS” izləmə cihazları vasitəsi ilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaq. Beynəlxalq təcrübədə geniş istifadə edilən GPS izləmə sistemindən istifadə müntəzəm sərnişindaşımalarda dispetçer xidmətini avtomatlaşdırmaqla bu sahəyə nəzarəti daha da gücləndirəcək. GPS izləmə cihazı vasitəsi ilə emal olunan informasiyalar əsasında nəqliyyat axınının cari vəziyyəti barədə məlumatlar da qeydə alınacaq, dayanacaqlarda gözləyən sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaq məntəqələrində quraşdırılmış avtobus informasiya terminalları vasitəsi ilə görə biləcək\”.

İnterpress.az