Bunu İnterpress.az-a astroloq Səbuhi Rəhimli Gələn 2017-ci il isə xoruz ili üstündə təzələnəcəyini şərh edərkən bildirib.
Qədim Şərq astrologiyasına əsaslansaq, Xoruz təcavüzkar ildir. Kimdənsə mərhəmət gözləmək, ədalətin qələbə çalacağına inam bəsləmək boş xülyadır. Məqsədə çatmaq üçün bütün cəbhələrdə, sərt şəkildə mübarizə aparmaq lazımdır. Sükanı əldən buraxmaq, yaxud da kiməsə etibar etmək təhlükəli sonluqla bitə bilər. Hər kəs öz hüququnu bilməli, öz haqqını bütün instansiyalarda tələb etməlidir: “Xoruz ilində pul qazanmaq, büdcəni rahat şəraitdə artırmaq olduqca çətindir.Bu dövrdə çoxları karyera zirvəsindən sürətlə aşağı düşür, nəticədə isə bəzən qarşıdurma meylləri də güclənir. Aşağılarla yuxarılar arasında mövcud olan sədd yırtılır. Belə hallar da xaosun meydan sulamasına rəvac verir. Hərbi sahələrdə baş verən neqativ hallar daha qabarıq şəkil alır. Qanunlar lazımi səviyyədə işləmir və ya onlara riayət olunmur. Bu illərdə pul və imkandan daha çox ağıl və analiz üstün olur. Yalnız böyük təcrübə sahibləri, taktikalı və zamanın nəbzini tutanlar qalib gəlir”.
Qeyd edəki, Od ünsürlü Qırmızı Xoruz ili yanvar ayının 28-də başlayacaq.
Gülşanə Mustafayeva
İnterpress.az