Xocalı soyqırımı ilə bağlı hansı tədbirlər olacaq?backend

Xocalı soyqırımı ilə bağlı hansı tədbirlər olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Elman Məmmədov Xocalı soyqrımının 25 illiyi ilə bağlı keçiriləcək tədbirlər planından danışarkən deyib.

Deputat bildirib ki, bu cür məsələlərə kampaniya formasında yanaşılmamalıdır.

“Mütləq tədbir keçirmək üçün hansısa hadisənin ildönümünü gözləməliyik və buna hazırlaşmalıyıq?!

Bu, mütəmadi olaraq il ərzində aparılan işdir. Cənab prezident İlham Əliyev, Heydər Əliyev Fondunun rəhbərliyi və başqa qurumlar tərəfindən il ərzində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün təbliğat-təşviqat işləri aparılır. Müxtəlif tədbirlər keçiririk. Müxtəlif bəyanatlar verilir, müraciətlər qəbul olunur.

İlbəil tanıtmanın daha mütərəqqi formaları işlənib hazırlanır. Xüsusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın apardığı işləri çox yüksək dəyərləndirmək olar. Belə məsələlərdə heç kim heç kimdən “kim nə etdi” deyə gözləməməlidir. Hər kəs çalışdığı sahədə bacardığı qədər bu işə kömək olmalıdır”.

İnterpress.az