Angela Merkel təcavüzdə günahlandırılıbbackend

Angela Merkel təcavüzdə günahlandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Qazeta Ru\”ya istinadən xəbər verir ki, Wilders twitter hesabında Merkelin əlləri və üzü qan içində olan bir fotoşəklini paylaşıb.

Hollandiyada Azadlıq partiyasının lideri Geert Wilders Berlin təcavüzüylə bağlı Almaniya kansleri Angela Merkelin əlində qan olduğunu iddia edib. İŞİD tərəfindən həyata keçirilən Berlin hücumuna dair açıqlama verən Wilders bu hücumda Angela Merkeli günahlandırıb.

Wilders Merkelin açıq sərhəd siyasətini tənqid edərək, bu siyasətin \”İslamın terror sunamisinin Avropaya girməsinə icazə verdiyini\” irəli sürüb. Merkelin əlində qan olduğunu iddia edən Wilders Almaniya rəhbərliyini \”qorxaq\” adlandırıb.

Qeyd edək ki, Berlindəki bir Milad bazarında törədilən terrorda 12 nəfər həyatını itirmişdi. Hücumu terror təşkilatı İŞİD öz üzərinə götürmüşdü.

Angela Merkel təcavüzdə günahlandırılıb

İnterpress.az