İnterpress.az xəbər verir ki, bunu neftçilərin hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib.
\”Əmək Məcəlləsinə əsasən isə hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və məhkəmə qərarı ilə isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır\”.
Digər hüquq müdafiəçisi Azər Quliyev isə bildirir ki, əmək pensiyaçısından tutulan məbləğ də əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz: \”Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ, o cümlədən məhkəmə qərarlarına əsasən də, əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır\”.
İnterpress.az