İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, ABŞ vətəndaşlarına bu ölkələrə gedərkən ehtiyatlı olmağı, mümkünsə, getməməyi tövsiyə edib.
“İordaniyada bir sıra hücumlar həyata keçirən İŞİD və digər terror təşkilatları hazırda yeni terror aktları törətməyi planlaşdırırlar”, Dövlət Departamentin məlumatında bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, ABŞ-ın Misirdəki diplomatik missiyalarının əməkdaşlarına Sinay yarımadasına səfər etmək qadağan olunub. Bununla belə Dövlət Departamenti xəbərdarlıq edib ki, terror aktları Misirin istənilən regionunda törədilə bilər.
İnterpress.az