10 km hündürlükdən düşərək sağ qalan stüardessa vəfat edibbackend

10 km hündürlükdən düşərək sağ qalan stüardessa vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress \”Ria Novosti\”yə istinadən xəbər verir ki, qadın dostların zənglərinə cavab vermədiyinə görə, onlar polisə müraciət edib. Polis əməkdaşları keçmiş stüardessanın evinə baş çəkərək onun cəsədini hamam otağında aşkar ediblər. Qeyd edilir ki, o, bir neçə gün əvvəl vəfat edib.

Vuloviçin ölüm səbəbi dəqiqləşdirilmir, lakin “Večernje novosti” nəşrinin yazdığına görə, onun səhhəti ilə bağlı problemləri olub.

44 il bundan öncə baş verən təyyarə qəzasının səbəbi hava gəmisinin göyərtəsinə keçirilən bombanın partlaması ehtimal edilir. Təyyarə havada partlayıb, göyərtəsində olan 28 sərnişindən isə yeganə sağ qalan Serbiya stüardessası olub. O, paraşütsüz 10160 metrlik hündürlükdən yerə düşərək sağ qalıb. Vuloviç çoxsaylı zədələr və sınıqlar alıb və bir neçə gün komada olub.

1985-ci ildə, qəzadan 13 il sonra Vesna Vuloviçin adı Ginnes Rekordlar Kitabına daxil edilib.

İnterpress.az