İnterpress.az xəbər verir ki, S.Novruzov Ölkə.Az-a açıqlamasında deyib ki, yayılan məlumatlar doğru deyil:
“Səhhətimdə heç bir problem yoxdur. Allaha şükürlər olsun ki, səhhətim qaydasındadır, gümraham. Bütün günü də iş başındayam. Bu günləri Yeni Azərbaycan Partiyasının keçirdiyi tədbirlərdə iştirak etmişəm. Orada olan hər kəs mənim səhhətimin necə olduğunu görüb. Bilirsiz, insan arıqlayar da, kökələr də! Buna görə hər hansı nəticə çıxartmaq ağılsızlıqdır. Mən bu cür xəbərləri yalan və cəfəngiyat hesab edirəm”.
Xatırladaq ki, bəzi mətbuat orqanları millət vəkili Siyavuş Novruzovun kəskin şəkildə arıqlamasını əsas gətirərək, səhhətində ciddi problemlərin olması ehtimalını irəli sürüb.
İnterpress.az