İnterpress.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident əməliyyatların davam edəcəyini deyib.
“İşin Əl Bab hissəsi bitib. Amma sırada Münbiç var. ABŞ-la əl-ələ verə bilsək növbəti hədəf Rakkadır. Türkiyə qlobal bir gücdür. Zülm harada olsa, biz oradayıq. Bizim babalarımız Hindistan yarımadasına getmədimi? Biz güclü dövlət olduğumuz üçün Suriyadayıq. Və olacağıq”, – deyə Ərdoğan bildirib.
Prezident terrorçulardan azad edilmiş bölgədə təhlükəsiz və uçuşa qadağan bölgənin yaradılacağını söyləyib.
İnterpress.az