İnterpress.az xəbər verir ki, mərkəzi küçələrdə Yeni il yolkaları, oyuncaq, bər-bəzəkləri satan satıcıların dediyinə görə bazarlıq ötən illə müqayisədə kəskin dərəcə zəifləyib.
Satıcılar bildirir ki, ən bahalı sayılan malları, xüsusi ilə yolkanı təkcə Bakıda yaşayan əcnəbilər alır. Yerli sakinlər isə 5-10 manatlıq suvenirlər, oyuncaq ala bilir.
Bayram ərəfəsində şəhərin müxtəlif yerlərində yarmarkalar keçirilir.
\”Soyuq əllər, İsti ürək\” adlı xeyriyyə yarmarkası artıq üç ildir ki Fəvvarələr Meydanında təşkil olunur.
Yarmarka \”NARGIS\” Nəşriyyat Evinin təşkilatçılığı ilə keçirilir və burada toplanan vəsait xeyriyyə işlərinə sərf olunur.
Yeni il ab-havasında bəzədilmiş taxta köşklərdə əl işləri, suvenirlər, oyuncaqlar, yolka bəzəkləri və s. satışa qoyulur.
Gənclər bir yerdə əylənməyi, selfie çəkdirməyi unutmurlar.
Yarmarkaya qatılanlar arasında turistlərə çox rast gəlmək olur.
Şəhərin ikinci böyük yarmarkası İçəri Şəhərdə təşkil olunub. Yarmarka yanvarın 15-ə kimi davam edəcək.
İnterpress.az