İnterpress.az \”Haberler.com\”a istinadən xəbər verir ki, həbs edilənlər rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələrdən istifadə edənlər, yaxud sosial şəbəkələrdə terror təşkilatlarını dəstəkləyənlərdir.
Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hazırda 3700-ə yaxın şübhəli şəxs barəsində istintaq hərəkətləri davam etdirilir. Ümumilikdə, 10 minə yaxın sosial şəbəkə istifadəçisi hüquq-mühafizə orqanları tərəfindən dindirilib.
İnterpress.az