İnterpress.az xəbər verir ki, bu sözləri ABŞ-ın Arizona ştatının respublikaçı senatoru Con Makkeyn deyib.
O bildirib ki, Hələb şəhərinin Əsəd rejiminin əlinə keçməsi Barak Obamanın uğursuz Suriya siyasətinin nəticəsidir:
“Obama Hələb üçün heç bir şey etmədi. Qadın və uşaqları, xəstəxana və məktəbləri hədəf alan son texnologiyaya sahib bombaların istifadəsinə sadəcə seyrçi qaldıq”.
İnterpress.az