İnterpress.az xəbər verir ki, Qara dənizdə sahildən 6 kilometrlik məsafədə “Tu-154” təyyarəsinin təkər hissəsi və yağ ləkələri tapılıb.
Təyyarədəki jurnalistlərin Rusiyanın Birinci Kanalının və “Zvezda” telekanalının əməkdaşları olduqları bildirilir.
***
(10:01)
Rusiyanın Müdafiə Nazirliyinə məxsus təyyarə Krasnodar vilayətində qəzaya uğrayıb.
İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbə bildirib.
Məlumata görə, “Tu-154” təyyarəsi Qara dənizdə düşüb. Qəza zamanı ölən və sağ qalanlala bağlı əlavə məlumat verilməyib.
Qeyd edilib ki, təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub. Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış.
İnterpress.azhttps://youtube.com/watch?v=VPI5ROhYizg