İnterpress.az xəbər verir ki, bu barədə İnterfaks agentliyi məlumat yayıb. Soçi aeroportu yaxınlığında köçəri quşların stansiyası yerləşir. Mənbənin agentliyə verdiyi məlumata görə, qəzaya səbəb quşun mühərrikə düşməsi ola bilər.
Artıq, aviaqəzada həlak olan sərnişinlərdən birinin meyiti tapılıb. Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib. Meyit Soçinin sahil xəttindən 6 km aralıda aşkar edilib.
Qeyd edək ki, Suriyanın Latakiya bölgəsinə uçan təyyarədə 92 nəfər olub. Təyyarə havaya qalxandan 20 dəqiqə sonra radarlardan itib. Onlar arasında hərbi qulluqçularla yanaşı, Rusiyanın Xmeymim hərbi bazasına konsert üçün uçan Aleksandrov qrupunun musiqiçiləri və Rusiyanın Birinci və Zvezda kanalının jurnalistləri də var.
Faktla əlaqədar cinayət işi açılıb.
İnterpress.az