İnterpress.az xəbər verir ki, Rusiya Federasiyasında \”Tu-154\” təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olanlara görə sabaha matəm elan olundu.
Putin jurnalistlərə bildirib ki, sabah ümummilli matəm günü elan ediləcək.
Qeyd edək ki, Qara dənizə düşən “Tu-154” təyyarəsinin göyərtəsində 93 nəfər sərnişin olub. Onlardan 7-sinin meyiti tapılıb. Təyyarə Adler aeroportundan yanacaq doldurduqdan və havaya qalxandan 5 dəqiqə sonra radarlardan itib. Onlar arasında hərbi qulluqçularla yanaşı, Rusiyanın Xmeymim hərbi bazasına Yeni il konserti üçün uçan Aleksandrov dövlət ansamblının musiqiçiləri və Rusiyanın Birinci,Zvezda və NTV kanalının jurnalistləri də olub.
İnterpress.az