İnterpress.az-ın xəbərinə görə, bu barədə TASS agentliyinə məlumatlı mənbə bildirib.
“Güman edirəm ki, ilk təyyarəni sabah Moskvaya göndərəcəyik”, deyə mənbə bildirib.
İndiyədək təyyarə qəzasında ölənlərdən 11-nin meyiti sudan çıxarılıb.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayıb. Dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində böyük ehtimal ki, sərnişinlərdən sağ qalan olmayıb.
İnterpress.az