Hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində qeydə alınıb.
Belə ki, ev 21 mənzil 84-də yaşayan 1990-cı il təvəllüdlü Paşayeva Nərminə Firudin qızı özünü 3-cü mərtəbənin eyvanından yerə ataraq intihara cəhd edib. O, ağır bədən xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. ( report.az )
İnterpress.az