İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, bu barədə Kolumbiya Mülki Aviasiya İdarəsinin ilkin araşdırmasında bildirilir.
Məlumata görə, istintaq təyyarənin \”qara qutuları” və digər dəlillərə əsaslanaraq bu nəticəyə gəlib.
Noyabrın 29-da Braziliya klubunu Cənubi Amerika Kubokunun ilk final oyununa aparan təyyarə Kolumbiya ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində \”Şapekoense” klubunun futbolçuları və məşqçiləri daxil olmaqla 71 nəfər ölüb.
İnterpress.az