İnterpress.az Xarici Mətbuata istinadən xəbər verir ki, 37 yaşlı Beth Dickison Richards adlı qadın “üçüncü dərəcəli” cinayətə təşəbbüs etdiyi üçün saxlanıb.
Kişi bildirib ki, həyat yoldaşı ona israrla sendviçi yeməyi təklif edib. O da bunun zəhərli olmasından şübhələnməyərək, həyat yoldaşının təklifini qəbul edib. Nəticədə sendviçi yeyəndən qısa müddət sonra kişi mədə bulantısı şikayəti ilə xəstəxanaya aparılıb. Xəstəxanadakı ilkin müayinə zamanı kişinin zəhərləndiyi ortaya çıxıb.
Qadın isə öz günahını qəbul edib. Deyib ki, əri ona bir neçə dəfə xəyanət etdiyi üçün bu formada intiqam almaq istəyib.
İnterpress.az