Səhiyyə Nazirliyi xəbərdarlıq edibbackend

Səhiyyə Nazirliyi xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Apa-nın məlumatına görə, xəbərdarlıqda bildirilib ki, Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli 513 nömrəli qərarı ilə “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na dəyişiklik edilərək dərman vasitəsinin qablaşdırmasının Azərbaycan, rus və ingilis dillərindən başqa, həm də türk dilində olmasına icazə verilib.

Qeyd olunub ki, türk dilində qablaşdırmaları olan dərman vasitələrini idxal edə bilmək üçün istehsalçı tərəfindən həmin qablaşdırmalar Azərbaycan Respublikasında “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 8 nömrəli Əlavəsinə uyğun olaraq qeydiyyata salınmalı və təsdiq edilməlidir, həmçinin istifadə təlimatının Azərbaycan dilində olması mütləqdir.

İnterpress.az