İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, 15-18 yaşlarında olan şübhəlilərin altısı Berlində baş vermiş hadisənin CCTV videomüşahidə görüntüləri yayımlanandan sonra dərhal polisə təslim olub.
Hücuma məruz qalmış zərərçəkmiş şəxs sağ-salamatdır.
Polisin məlumatına görə 21 yaşlı yeddinci şübhəli əzmetdirici olub və o, evinin yaxınlığında həbs olunub.
Saxlanan şəxslərdən altısı Suriyadan, biri Liviyadadır.
Onların hamısı 2014-cü və 2016-cı illərdə sığınacaq axtaranlar kimi Berlinə gəlib, prokurorluq bildirib.
37 yaşlı evsiz kişi bazar günü Berlinin cənub rayonu Neukoellndə yerləşən Schoenleinstrasse metro stansiyasında kağız vərəqlərinin altında skamyada yuxuya gedərkən yandırılıb.
Maşinist odsöndürənlə alovu söndürməyə çalışıb, yaxınlıqdan keçənlər də kömək edib.
İnterpress.az