İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, diktator Kim Yunq Un-un qarşıdakı 2017-ci il üçün əsas hədəfi nüvə silahı hazırlığının başa çatdırılmasıdır. O, bu barədə əmrlər də verib. Gələn ilin yazında Şimali Koreyadakı yeganə partiyanın keçirəcəyi böyük konqresə qədər nüvə silahı ilə bağlı hazırlıq işlərinin tam başa çatacağı gözlənilir.
Təhlükəsizlik məqsədilə dünya mediasında adı açıqlanmayan sabiq diplomat Şimali Koreya diktatorunun bütün siyasətini arxayınlıq üzərindən qurduğu deyilir. Çünki diktator ABŞ və Cənubi Koreyanın nə zamansa onlarla münaqişəyə başlayacağını qətiyyən düşünmür.
Səbəb isə ölkənin sahib olacağı nüvə silahıdır. Bu səbəbdən də, silahla bağlı tapşırıqlar sürətləndirilib.
İnterpress.az