İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, bir mina diplomatik nümayəndəliyin inzibati binasının həyətinə düşüb. Xoşbəxtlikdən mina partlamayıb. İkinci mina isə əraziyə yaxın düşüb. Partlamamış minaların zərərsizləşdirilməsi üçün istehkamçılar cəlb olunub.
Qeyd edək ki, bu, Rusiyanın Suriyadakı səfirliyinə ilk hücum deyil. Bundan öncə də anoloji hadisə baş verib.
İnterpress.az