İnterpress.az Apa-ya istinadən xəbər verir ki, qadın bu addımı özünü və 3 azyaşlı övladını qorumaq üçün atdığını bildirib. İfadədə bildirilib ki, əri onu və uşaqlarını öldürməklə hədələyirmiş.
Hazırda təqsirləndirilən şəxs barəsində imkan tədbirinin seçilməsi ilə əlaqədar Rustavi şəhər Məhkəməsinə aparılıb. O, tibbi müayinədən keçiriləcək, barəsində qərar veriləcək. Ehtimal edilir ki, himayəsində azyaşlıların olması nəzərə alınacaq və onun barəsində həbs qətimkan tədbiri seçilməyəcək.
Qeyd edək ki, hadisə 25-dən 26-na keçən gecə olub. Türkan Kərimova ərini baltalayaraq, öldürüb. Ər-arvad əmiuşağı olublar və onların 6 yaşlı, 2 yaşlı və 1,5 aylıq uşaqları var.
Ruslan Kərimov bu gün Təzəkənd qəbiristanlığında torpağa tapşırılıb.
İnterpress.az