İnterpress.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, proqramına gələn Palina adlı balaca qızla söhbətləşib.
Söhbət əsnasında Palina Allanın mahnılarını çox sevdiyini, daim dinlədiyini və bəzilərini əzbər bildiyini deyib.
Bu zaman Maksim qızcığazdan Allanın hər hansı bir mahnısını ifa etməsini xahiş edib. Palina müğənninin “Opyat metel” (yenə qasırğadır) adlı nəğməsini ifa edib.
Musiqini dinləyən Qalkin “Alla da sənin kimi oxusaydı, onunla heç vaxt evlənməzdim”, – deyib.
İnterpress.az