Interpress.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə,Ağdam rayonu, Əhmədağalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 338 m2 olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 318 m2 səhədə və bitişik ümumi sahəsi 78 m2 olan talvar yanıb.
Evin qalan hissəsi və evə bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.