Interpress.az xəbər verir ki, Nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, hazırda məktəblər çox yüklənir və nəticədə tədris planı ağırlaşır. Onun sözlərinə görə, son nəticədə şagirdlərin mənimsəmə keyfiyyətinə təsir edir: “Bu səbəbdən fakültativ məşğələlərin bir müddət məhdudlaşdırılması, şagirdlərə daha çox tədris üçün vaxt ayrılması, onların dərsə hazırlaşması üçün əlavə vaxtın verilməsi ilə bağlı müəyyən addımlar atılıb. Bu prosesə növbəti ildən-ikinci yarımildən başlanılacaq”.
F.Qədirov vurğulayıb ki, indiyə qədər fakültativ məşğələlərin tədrisi ənənəvi olaraq aparılıb. Onun sözlərinə görə, bir çox halda onların keyfiyyəti ilə bağlı problemlər və suallar mövcud idi. Aparat rəhbərinin müavini vurğulayıb ki, bu məsələlər yalnız “Həyatı bacarıqlara əsaslanan təhsil” üzrə fakültativ kursa deyil, məktəblərdə tədris edilən çoxlu sayda fakültativ dərsə aiddir.
Interpress.az