İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, o, süni mayalanma yolu ilə hamilə qalıb. Qadının ovulyasiya dönəmi 10 il öncə bitib. Çinli qadının dünyaya gətirdiyi oğlan körpənin çəkisi 3.7 kilo olub. Körpəsini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadın ın həkimləri isə bildirib ki, onun yaşında və sağlamlığında olan bir qadının uşaq dünyaya gətirməsi ciddi risk olub.
Bununla belə hamiləliyin uğurlu gedişi və dünyaya gələn uşağın sağlamlıq durumu sevindirici olub. Bundan öncə, dekabrda Anastasiya Ontou adlı qadın Yunanıstanda öz qızının uşağını daşıyıcı ana kimi bətnində daşıyaraq rekorda imza atmışdı. 67 yaşlı qadın dünyanın ən yaşlı surroqat anası kimi tarixə düşmüşdü.
İnterpress.az