İnterpress.az xəbər verir ki, 13 səhifəlik hesabatda hərbi və qeyri-hərbi qurumlar tərəfindən istifadə edilən vasitə və maddi-texniki bazanın texniki detalları əks olunub. Məlumata görə, həmin vasitələrdən ABŞ-dakı seçki prosesinə, habelə dövlət, siyasi və fərdi təşkilatlara təsir etmək məqsədi ilə istifadə edilib.
Hesabata əsasən, rusiyalı hakerlər 2015-ci ilin yayında və 2016-cı ilin yazında adı çəkilməyən siyasi partiyaya qarşı iki hücum ediblər.
Sənəddə qeyd edilir ki, Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olan hakerlər qeyd olunan hallardan sonra da ABŞ-a qarşı hücumlar törədiblər. Sonuncu dəfə bu cür hücum 2016-cı ilin noyabrında, prezident seçkilərindən bir neçə gün əvvəl baş verib.
Hesabatda Rusiya ilə əlaqəsi olduğu ehtimal olunan 50-dək haker qrupunun adları açıqlanıb. (apa)
İnterpress.az