\”Bakı Metropoliteni\” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az-a verilən məlumata görə, 4 günlük konsert proqramına start veriləcək.
\”Stansiyalarda yolka bəzəməklə, Şaxta baba və Qar qızın uşaqları hədiyyələrlə sevindirməklə işimizi bitmiş hesab etmək olmaz. Bununla yanaşı bir sıra tədbirlərin həyata keçirilməsi də planlaşdırılır. Belə ki, bu gün saat 13:15-də konsert proqramı başlayır. Konsert proqramında öncə klassik, daha sonra xalq mahnıları səsləndiriləcək. Bayram konserti \”28 may\”, \”Elmlər Akademiyası\”, \”İçəri şəhər\” və bənövşəyi xəttin \”Memar Əcəmi\” stansiyalarında sərnişinlərə təqdim olunacaq. Konsert 4 gün – 30, 31 dekabr, 1 və 2 yanvar tarixlərində davam edəcək\”.
İnterpress.az