Çavuşoğlu atəşkəs rejiminin bütün Suriyaya yayılması üçün razılıq əldə edildiyini bildirib.
\”Suriya müxalifləri tərəfindən imzalanan 2 sənədin təminatçısı Türkiyə və Rusiyadır. Rejim tərəfindən əldə edilən razılığın təminatçısı isə Rusiyadır. İran da Moskvada söz verdiyi kimi Hizbullah, şiə qruplar və rejim üzərində nüfuzundan müsbət istiqamətdə istifadə etməlidir. Biz də Lavrovla cənab prezidentimizin və Putinin təlimatları ilə bu istiqamətdə koordinasiya aparırıq. Anlaşma imzalandı, amma razılığın əldə edilməsi ilə iş bitmir, bunu reallaşdırmağımız lazımdır. Hər kəsin konkret olaraq töhfələr verməsi lazımdır. Xeyri olacaq hər kəsi bu işə cəlb etmək istəyirik\”, – Çavuşoğlu qeyd edib.
İnterpress.az