İnterpress.az xəbər verir ki, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov dəyişiklik layihəsi haqqında məlumat verib. Dəyişikliyin məqsədi qanunun “Lisenziyalar haqqında” qanuna uyğunlaşdırılması üçündür.
Qanunun əvvəlki versiyasında, radioaktiv və ionlaşdırıcı tullantıların basdırılması ilə bağlı fəaliyyəti dövlət inhisarında olmaqla müvafiq icra hakimiyyətləri müəyyən edirdi. Amma yeni dəyişikliyə əsasən, tullantılar və tullantıların basdırılmasını artıq müvafiq icra hakimiyyəti orqanları tərəfindən lisenziyalaşdırılmış şəkildə mütəşəkkil qaydada aparılacaq.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İnterpress.az