İnterpress.az xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib. O deyib ki, Azərbaycan İsraillə əlaqələrini bundan sonra da davam etdirəcək.
Qüdrət Həsənquliyev ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verən insidentə də münasibət bildirib:
“Bu, Ermənistanın növbəti təxribatıdır və Ermənistan Rusiyanı da bu prosesə qoşmaq istəyir. Ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətdi. Bu adam artıq baş katiblikdən getməlidir”.
Milli Məclis sədri Oqtay Əsədov isə qeyd edib ki, Bordyujanın açıqlaması çox savadsız idi.
“İndi o gedəcək, məsələn, yerinə Koçaryan gələcək. Bordyuya savadız danışıb. Buna Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib, etiraz etdi. Ona görə də, məsələni çox da şişirtmək lazım deyil”.
Spiker onu da əlavə edib ki, Azərbaycan İranın daxili işlərinə qarışmır.
Oqtay Əsədov onu da deyib ki, Bordyujanın açıqlaması Rusiyanın mövqeyi deyil.
İnterpress.az