İnterpress.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub.
Məhkəmənin höküm ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında E.Mustafaoğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
İnterpress.az