Fövqəladə Hallar Nazirliyindən İnterpress.az-a verilən məlumata görə,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin Abşeron rayonu, Goradil qəsəbəsi sahilindən 14 km dənizə doğru ərazidə qayığın mühərrikinin sıradan çıxması və qayığa su dolması nəticəsində 2 balıqçının küləkli hava şəraitində köməksiz vəziyyətdə (batma təhlükəsi) qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib.
Aviasiya dəstəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mürəkkəb hava şəraitində balıqçılar xilas edilib. Əməliyyat saat 16:55-də başa çatıb.
İnterpress.az