Yunanıstan səfirini arvadının sevgilisi qətlə yetiribbackend

Yunanıstan səfirini arvadının sevgilisi qətlə yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, itkin düşmüş diplomatın cəsədi üç gündən sonra yanmış avtomobilin salonunda Braziliyanın Nova-İquasu əyalətində aşkar edilib.

Rio-de-Janeyro hərbi polisinin 29 yaşlı əməkdaşı Serjiu Qomes Moreyra Filyu qətldə iştirakını etiraf edib. Buna səbəb isə gənc polisin səfirin arvadı Fransuaza Amiridislə sevgi münasibətləri olub.

Qeyd edək ki, səfir Kiriakos Amiridisin iqamətgahı paytaxt Brazilia şəhərində yerləşsə də, o, yay tətilini keçirmək üçün Rioya gəlib.

Qətldə ittiham edilən Serjiu Qomesin və səfirin arvadının həbsi ilə bağlı orderin verilməsi gözlənilir.

İnterpress.az