İnterpress.az xəbər verir ki, rayon sakini 1996-ci il təvəllüdlü S.P. rayon prokuroroluğuna müraciət edərək həyat yoldaşı 1994-cü il təvəllüdlü S.M. tərəfindən işgəncələrə məruz qaldığını bildirib.
Qadın izahatında ərinin onu daim olaraq döydüyünü, zorla saçını kəsdiyini, bədənində siqaret kötüyü söndürdüyünü və onunla mütəmadi olaraq məcburən qeyri-təbii yolla cinsi əlaqədə olduğunu qeyd edib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır. (report)
İnterpress.az