Rayonun Hindarx qəsəbəsində VAZ-2106 və VAZ-21099 markalı maşınların toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Süleymanov Rəvan Səxavət oğlu, onun həmyaşıdı Qurbanlı Nəsimi Eldəniz oğlu və hələ ki, şəxsiyyəti müəyyən olunmayan şəxs Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İnterpress.az xəbər verir ki, xəstəxanadan APA-ya verilən xəbərə görə, yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanıb.
İnterpress.az