Firmanın satış meneceri 155 min manat pulu mənimsədibackend

Firmanın satış meneceri 155 min manat pulu mənimsədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Xətai rayonu Nobel prospektində yerləşən \”Yurd-F\” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru 1972-ci il təvəllüdlü Qasımov Mehdi Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək ona qarşı dələduzluq edildiyini bildirib.

M.Qasımov qeyd edib ki, 2016-cı il yanvar ayında satış meneceri 1987-ci il təvəllüdlü Səbuhi Atayev 155382 manat dəyərində boya məhsullarını sataraq pulunu mənimsəyib.

Qeyd olunur ki, boya müəssisəsi 1991-ci ilin oktyabrında \”Yurd\” kiçik müəssisəsi kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən \”Yurd-F\” MMC kimi fəaliyyətini davam etdirir.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır. (report)

İnterpress.az