İnterpress.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbi qulluqçu Qarik Vardanyanın vəziyyətinin ağır olduğu bildirilir.
Erməni tərəfi onun Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralandığını bildirir.
Əvvəlcə Xankəndindəki hospitala aparılan Vardanyan vəziyyətinin ağırlaşması səbəbindən helikopterlə Yerevana göndərilib.
İnterpress.az