İnterpress.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq.
Bu gün BMT Təhlükəsizlik Şurasında Qazaxıstanın bayrağı asılıb, Təhlükəsizlik Şurasının zalındakı stola “Qazaxıstan” lövhəsi qoyulub. Bununla da Qazaxıstan Mərkəzi Asiya ölkələri sırasında MT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan ilk ölkə olub.
Qeyd edək ki, Qazaxıstan BMT Baş Assambleyasının 28 iyun 2016-cı il tarixdə keçirilən iclasında BMT Təhlükəsizlik Şurasının 2017-2018-ci illər üçün qeyri-daimi üzvü seçilib.
İnterpress.az