“Qaynar xətt” yaradıldıbackend

“Qaynar xətt” yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 1-də İstanbulda “Reina” gecə klubunda törədilən terror aktı ilə əlaqədar Azərbaycanın baş konsulluğunda “qaynar xətt” yaradılıb.

İnterpress.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, yaralılar arasında Azərbaycanın iki vətəndaşı olub. Onlardan biri artıq evə buraxılıb. Xatırladaq ki, terror aktı nəticəsində həlak olan 39 nəfərdən 21-nin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 15-i xarici ölkə vətəndaşlarıdır. Xəsarət alan 69 nəfərdən dördünün vəziyyəti ağırdır.

İnterpress.az