İnterpress.az \”Ria Novosti\” istinadən xəbər verir ki, insident Mərakeş sahillərindəki İspaniya anklavı olan Seuta şəhərində baş verib.
Məlumata əsasən, 22 yaşlı mərakeşli qadın 19 yaşlı Qabon vətəndaşı olan gənci sərhəddən qeyri-adi üsulla keçirməyə cəhd edib. Qeyd edək ki, ötən gün Afrika ölkələrindən olan 800-ə yaxın miqrant Mərakeş ərazisindən Seutaya keçməyə cəhd edib. Nəticədə polislə miqrantlar arasında baş verən toqquşmalarda 50-yə yaxın asayiş keşikçisi xəsarət alıb.
İnterpress.az