İnterpress.az xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, 5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra tapılıb. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb.
O, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib. Hadisə yerinə polislər və FHN əməkdaşları çağırılıb. Qapı qırıldıqdan sonra 5 nəfərin cansız bədəni tapılıb.
“Sabunçu” FK-nın oynayan rəhbəri Elçin Məmmədovun musavat.com-a verdiyi məlumata görə, ölənlərdən Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum klubun heyətində çıxış edirmişlər.
Kamerun Respublikasının vətəndaşları olan bu şəxslər 1 ilə yaxın imiş ki, komandada forma geyinirmişlər.
Digər dünyasını dəyişən Kamerun vətəndaşı Nzemele Ezzambe Texniki Universitetdə təhsil alırmış.
İnterpress.az