İnterpress.az bildirir ki, xəbəri “Anadolu” agentliyi yayıb.
Ekspertlər vəkil Sərkanın kompüterindəki məlumatlarını öyrəniblər. Aydınlaşdırıb ki, oktyabrda istifadəçi internetə Karlov haqqında dəfələrlə məlumat axtarışı verib və həmçinin Rusiya diplomatının iştirakı ilə olan videoları izləyib.
Müstəntiqlər aydınlaşdırmağa çalışırlar ki, qatil Altıntaş məhz həmin vaxt kimlərlə yazışıb-görüşürmüş.
Məlumatda o da bildirilir ki, Karlovun işinin araşdırılmasının koordinasiyası Ankara baş prokurorunun müavin Necib Cem İşçimenin rəhbərliyi altında aparılır.
İnterpress.az