İnterpress.az xəbər verir ki, Tramp bu barədə “Twitter” hesabında bildirib.
“Quantanamodan köçürmələrə son qoyulmalıdır. Onlar çox təhlükəli insanlardır, onların döyüş meydanına qayıtmasına imkan verilməməlidir”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, “Quantanamo” həbsxanasının bağlanılması hazırkı prezident Barak Obamanın seçkiqabağı əsas vədlərindən biri olub. Lakin Konqresin etirazları səbəbindən “Quantanamo”nu bağlamaq mümkün olmayıb. Buna baxmayaraq, orada saxlanılan məhbusların sayı 242 nəfərdən 59-a endirilib.
İnterpress.az