Göyçayda üsyanbackend

Göyçayda üsyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Politika.Az-a yerli sakinlər məlumat verib.

Qeyd olunan bağça Göyçay şəhərinin mərkəzində yerləşir və ən aktiv uşaq bağçalarından biri hesab edilirdi.

Bundan əlavə bir neçə aydır ki, bağçanın işçilərinin maaşları da verilmir. Gəzən söz -söhbətlərə görə, ancaq maaşların 60-70 faizi veriləcək.
Bağçanın bağlanma səbəblərindən biri də bağçanın köhnə və istifadəyə yararsız halda olması qeyd edilir.
Amma bunun müəllimlərin maaşının kəsilməsinə bağlamaq düzgün deyil. Təcili şəkildə Təhsil Nazirliyinin məsələyə müdaxiləsi tələb olunur.

Bu həm Əmək Məcəlləsinin kobud şəkildə pozulmasıdır, həm də əhalinin iqtisadi vəziyyətinin ağırlaşdığı dövrdə imtahan çəkilməsidir.
Ümumiyyətlə, ilin sonundan bəri maaşlar bir çox istehsalat müəssisələrində ödənilmir. Məsələn, “Azeristeel” şirkəti əməkdaşlarının maaşlarını hələ də vermir.

Bu şirkətin əməkdaşları, xüsusən də yerli mühəndislər və fəhlələr aylardır əmək haqqı ala bilmirlər. Yeni il gəlib və indiyə qədər əmək haqları ödənilməyib.

Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır.

Antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir.

İnterpress.az