İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Prokurorluğunun verdiyi qərara əsasən 105 qadından artıq 74-ü həbs olunub.
Ankara baş prokurorun əmri əsasında Ankara Maliyyə Mübarizə Şöbə Müdirliyi nəzarət əməliyyatlarını yerinə yetirərkən şübhəlilər arasında müəllim, sosioloq, məsləhətçi, kompüter mütəxəssislərin olduğu öyrənilib. Şübhəli bilinən şəxslərdən 2-sinin yoldaşının polkovnik, 14-ünün podpolkovnik, 40-ının mayor, 40-ının kapitan və 4-ünün isə baş leytenant olduğu dəqiqləşdirilib. Onların həyat yoldaşları ilə birgə proseslərdə iştirak etdikləri aydınlaşıb.
Həmin şəxslərin kimliyi müəyyənləşdikdən sonra onların həbs olunması haqda qərar verilib. Hazırda 74 nəfər həbs olunub. Digərlərinin də saxlanılması istiqamətində əməliyyatlar davam edir.
Qeyd edək ki, belə bir əməliyyat Türkiyə tarixində 31 il sonra ilk dəfədir, aparılır.
İnterpress.az