Hadisə rayonun 2-ci Nügədi kəndində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Eldarov Eldar Əliməmməd oğlu yaşadığı evin həyətində özünü ağaca bağlanmış iplə asaraq intihar edib.
E.Eldarovun uzun müddətdir ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. ( report.az )
İnterpress.az