Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu İnterpress.az-a bildirib ki, yanvarın 15-dək jurnalistlərin akkreditasiya ilə bağlı müraciət məktubları qəbul olunacaq.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılırlar. Tətil bitdikdən sonra Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcəklər.
Qanunvericiliyə uyğun olaraq, yaz sessiyası fevralın 1-dən mayın 31-dək qədər davam edir.
İnterpress.az